Ermənilərdən dəhşətə salan VƏHŞİLİK
18.11.2020
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Qarabağda hərbi əməliyyatları dayandıran üçtərəfli razılaşması noyabrın 10-da imzalandı. Razılaşmaya əsasən, Ermənistan ordusu işğal altındakı Kəlbəcər rayonunu noyabrın 15-nə qədər (sonradan bu müddət 25 noyabra qədər uzadıldı), Ağdam rayonunu 20 noyabra qədər və Laçın rayonunu isə dekabrın 1-nə qədər tərk etməli idi.
Bütün dünya Kəlbəcəri tərk edən ermənilərin məskunlaşdıqları evləri, eləcə də məktəbləri, tibb müəssisələrini yandırması, mal-qaranı kəsərək onların leşlərini geniş ərazilərə yayması, ağacaları doğrayaraq ekologiyaya ciddi zərər vurması, bir sözlə Kəlbəcər boyda bir ərazidə daşı daş üstündə qoymadıqlarının şahididir.
Demək olar ki, ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər indi bütün dünyanın gündəmidir və dünya erməniliyin bu əməlindən şok yaşayır.
Hətta xarici jurnalistlər Kəlbəcərə məskunlaşdırılmış 2,5 min erməninin bu əməllərini ifadə etməkdə çətinlik çəkirlər.
İşğalın davam etdiyi 27 il ərzində onsuz da bölgənin ekologiyasına, heyvanat aləminə, təbii sərvətlərinə və iqtisadi strukturunu məhv edən erməni vandallar son gedişləri zamanı Azərbaycana öz nifrətlərini ifadə etməkdən, əmlaka və təbiətə qəsdən zərər vurmaqdan yan keçmədilər. Bununla özlərinin vəhşi toplum olduqlarını açıq şəkildə dünyaya bir daha bəyan etdilər. Ermənilərin bu davranışı ibtidai insan təfəkküründən o yana getmir. Yalnız qəbilələr, insan sürüsü belə barbar addımlara imza atar.
Özgə torpağına məskunlaşan xalqların, orduların məğlub olduqdan sonra işğal etdiyi ərazilərdə planlı məhvetmə fəaliyyəti dünya tarixinin ayır-ayrı dövrlərində müşahidə olunub. Bunun pik nöqtəsinə isə ermənilər qalxdı. Daşı, ağacı, hətta dilsiz, ağızsız ev heyvanlarını soyqırıma məruz qoydular.
Keçmişə nəzar salaraq bir neçə faktı qeyd edirik.
İkinci Dünya Müharibəsi dövründə işğalçı alman-faşist qüvvələri işğal etdiyi ərazilərdən geri çəkilərkən böyük dağıntılara yol vermişdi. Belə ki, 1943-cü ilin iyulun 15-də başlayan məşhur Kursk döyüşündə məğlubiyyətdən sonra alman qüvvələri tədricən Sovet İttifaqının ərazilərindən sıxışdırılıb çıxarılmağa başlamışdı. Bu proses 1944-ci ilin payızına qədər davam etmişdi. Sovet İttifaqını tərk edən zaman Üçüncü Reyxin hərbçiləri Rusiyanın Avropa hissəsində, Ukraynada, Belarusda, Moldovada və Baltikyanı ölkələrdə dəhşətli dağıntılar törətmiş, dinc sakinləri, mal-qaranı və daşınan bilən əmlakı Almaniyaya aparmışlar.
Ümumilikdə, işğalçı qüvvələr geri çəkilərək Sovet İttifaqında 65 min kilometr yol xəttini, o cümlədən 3 min kilometrdən artıq dəmir yolu xəttini yararsız hala salmış, 13 min körpünü, 4100 stansiyanı, 317 paravoz deposunu, 129 zavodu məhv etmiş, 428 min vaqon, minlərlə zavod dəzgahları, tarixi abidələr və 5 milyondan artıq Sovet vətəndaşını isə Almaniyaya aparılmışdır.
Bütün almanların füreri Adolf Hitlerin Paris şəhərinin dağıdılması ilə bağlı əmri də bu kontekstdə maraq kəsb edir. Belə ki, Hitler 1944-cü ilin yayında müttəfiq qüvvələrin sürətlə Parisə yaxınlaşdığını nəzərə alaraq şəhərin komendantı Ditrix fon Holtitsə Parisi bütün tarixi binaları, o cümlədən Eyfel qülləsi ilə birlikdə partlatmağı əmr edir. Amma Holtits xoşbəxtlikdən bu əmri icra etməyib.
Sonradan əsir kimi ifadə verən general Parisi məhv etməkdə praktiki faydanın olmaması səbəbilə bu qərarı verdiyini söyləyib.
İkinci Dünya Müharibəsinin daha bir epizodu işğalçı qüvvələrin əldən verəcəklərini anladığı ərazidə qəsdən qətliam törətməsinin ən məşhur və amansız nümunəsidir. Belə ki, 1945-ci ilin fevralında Fillipinin paytaxtı Manila şəhəri uğrunda döyüş zamanı Almaniyanın müttəfiqi Yaponiya məqsədli hərbi cinayətə gedir. 4 il əvvəl işğal etdiyi şəhəri ABŞ ordusundan qoruya bilməyəcini anlayan yaponlar yerli əhalini və infrastukturu məqsədli şəkildə məhv edirlər. Yaponiya ordusun cinayəti nəticəsində 100 min fillipinli, yüzlərlə əcnəbi ölkə vətəndaşı həlak olub, məktəblər, evlər, kilsələr, xəstəxanalar və s. partladılıb.
Bu misli görünməmiş vəhşiliyə görə, Yaponiya ordusunun Fillipindəki komandanı Tomoyuki Yamasita və qərargah rəisi Akira Muto edam olunub.
Bu kimi mənfi hallar XIX əsrdə də mövcud olub. Belə ki, 1812-1815-ci il ABŞ-Britaniya müharibəsi zamanı ilk vaxtlar uğur qazanan ingilislər ABŞ-ın Atlantik okeanı sahilini, o cümlədən Vaşinqton şəhərini də ələ keçirirlər. Bundan sonra ciddi uğursuzluq yaşayan ingilislər 1814-cü il avqustun 24-də Vaşinqtondan geri çəkilməli olur. Geri çəkilərkən onlar şəhərin bütün hökumət binalarını, Konqresin yerləşdiyi Kapitoli və prezidentin iqamətgahı sayılan Ağ Evi yandırırlar.
Orta əsrlərdə Avropa, Rusiya, Yaxın Şərq və Cənubi-Şərqi Asiyada belə hallar olub.
Analoji amansız praktika Sasanilər, Bizans, Xaç yürüşünün iştirakçıları və s. tərəfindən tətbiq edilib.
Tarixi mənbələrdən görünür ki, yalnız türklər fəth etdikləri yerləri dağıtmayıblar. Əksinə, həmin ərazilərin inkişafında müsbət rol oynayıblar.