21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan Kreml ilə münasibəti pisləşdirir

18.11.2020

İrəvanda son illərdə Ermənistanda antirusiya təbliğatının açıq şəkildə aparıldığını yada salmamağa çalışırlar. Halbuki qərbyönümlü Baş nazir Paşinyan Kreml ilə münasibəti pisləşdirmək üçün əlindən gələni edib.

Bu sözləri politoloq Rasim Babayev deyib.

O bildirib ki, bu prosesdə Gümrüdə yerləşən Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılmasını tələb edən çoxsaylı erməni əhalisi də iştirak edib:

"Gəlin xatırlayaq:

- Antirusiya aksiyalarının iştirakçıları "rus ordusu Ermənistanda olmamalıdır" şüarları səsləndirir, Gümrüdəki Rusiya hərbi bazasının İrəvan üçün təhlükə yaratdığını bəyan edirdilər.

- 2018-ci ilin iyununda Avropa Şurası Parlament Assambleyasındakı Ermənistanın nümayəndə heyəti Rusiyanın bu təşkilata qayıtmasına qarşı səs verdi. Ermənistanın hakim Mənim Addımım blokunun nümayəndəsi Ruben Rubinyan qeyd olunan təşkilat çərçivəsində Moskvanın hüquqlarının bərpasının əleyhinə çıxış etdi.

- Son illərdə Ermənistanda rusdilli məktəblər bağlanıb. 2020-ci ildə erməni parlamenti respublikanın informasiya məkanında Rusiyanın "Pervıy kanal", "RTR Planeta", "Kultura" telekanallarının yayımlanmayacağı barədə yeni qanun qəbul edib.

- Paşinyan 2008-ci ildə Moskvanın Ermənistan ərazisində uran ehtiyatlarının geoloji kəşfiyyatına 3 milyon dollar ayırdığını xatırlayaraq, "Qərbi Lidian İnternəşnl” şirkətinə Amulsar qızıl-filiz yatağının işlənməsi hüququ verdi. Yəni indiki Ermənistan rəhbərliyi yenə də Rusiyanın acığına Amulsarı Qərbə verdi”.

Politoloq xatırladıb ki, bura Ermənistandakı ABŞ bioloji laboratoriyalarına rusiyalı mütəxəssislərin buraxılmamasını, qatı antirust kadrlara yüksək vəzifələrin verilməsini, Rusiyanın kadrlarına, xüsusilə Putinin yaxın münasibətdə olduğu Köçəryana cinayət işi qaldırılması və həbsini, o cümlədən KTMT Baş katibi Xaçaturovun saxlanılmasını, Ermənistandakı Rusiya şirkətlərinə qarşı təqibləri, "Qazprom Ermənistan” da daxil olmaqla, bir çox rus şirkətində yoxlamaları və s. əlavə etdikdə, mənzərə xeyli aydınlaşır.