Ermənistan Rusiyaya təslim olur?
17.11.2020
Ermənistan Rusiya ilə bir və ya iki respublika, eləcə də paytaxt tezliyinin Rusiya teleşirkətlərinə ayrılması barədə dövlətlərarası razılaşma bağlaya bilər.
DM xəbər verir ki, bunu Ermənistan Radio və Televiziya Milli Komissiyasının sədri Tiqran Akopyan deyib. O, Ermənistanda ictimai multipleks tezlikləri üçün müsabiqənin 22 sentyabrda elan olunduğunu bildirib.
Akopyanın sözlərinə görə, elan edilən 6 respublika əhəmiyyətli tezlik uğrunda 12 teleşirkət mübarizə aparır.
Qeyd edək ki, avqust ayında Ermənistan Prezidenti Armen Sərkisyan bütün xarici telekanalların ictimai multipleksə salınmasını qadağan edən qanun imzalamışdı.