Nikol həbslər üçün hakim qrupu yaradır
17.11.2020
Nikol Paşinyan öz hakim qrupunu formalaşdırır. Həmin prosesə hakim Karen Farxoyan rəhbərlik edir.
DM xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bildirilib ki, Farxoyan artıq iki gündür Paşinyanın adından hakimlərlə görüşlər keçirir, onların mövcud hakimiyyətə münasibətini dəqiqləşdirir.
Qeyd olunur ki, dünən gecə saatlarında hakim Farxoyan Paşinyana hakimiyyətə işləyəcək 4 hakimin adını təqdim edib:
1. Anna Danielyan
2. Mnatsakan Martirosyan
3. Qagik Poqosyan
4. Vaçe Marqaryan.
"Onun hələ "kamuflyajda olan” 2 hakimi var — Mahvel Şahverdyan və Artak Tadevosyan. Ermənistan Milli Təhlükəsizlik Xidməti kifayət qədər kompromat toplaya bilsə, onlar da bu siyahıya qoşulacaqlar”, - məlumatda vurğulanıb.