Türk ordusunun Bakıya gəlişi…
17.11.2020
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.
DM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İclasda Azərbaycanın Qarabağ zonasındakı son proses, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə əlaqədar məsələ müzakirə ediləcək.
Bundan başqa, bölgəyə göndəriləcək türk sülhməramlıları ilə bağlı fikir mübadiləsi aparılacaq.