Etiraf edirik: Qarabağ bizim deyil! - Farmanyan
17.11.2020
İrəvan "köçürülmə” deyil, Dağlıq Qarabağla bağlı "qayıdış” sözünün istifadə olunduğu bir sənədi imzaladı. Bu da Ermənistanın tamamilə Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığı bir sənədə imza atdığını göstərir.
DM xəbər verir ki, bunu Ermənistan ictimai və siyasi xadimi Samvel Farmanyan "İcmal” (Obzor) proqramının efirində bildirib.
Onun sözlərinə görə, Ermənistanda ən pis ssenarinin – vətəndaş qarşıdurmalarının qarşısını almaq üçün erməni xalqı bu fəlakətli vəziyyəti ayıq-sayıq qiymətləndirməlidir:
"Ermənistan daxili müharibənin astanasındadır. Anarxiyanın dərinləşməsi prosesi gedir”.