Neftin bahalaşması davam edir
17.11.2020
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,87% artaraq 1 barelə görə 44,2 dollar təşkil edib.
DM-in "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,75% artaraq 41,65 dollar təşkil edib.