Ramil Usubov: "İldə 2 mindən çox cinayətin üstü açılır"
02.07.2018
"Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır".
"Dövran Media"nın xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul - Polis günü münasibətilə keçirilən mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb.
R. Usubov qeyd edib ki, son 15 ildə Azərbaycanda hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərərvurma, oğurluq, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır.
Nazirin sözlərinə görə, son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə-istintaq orqanlarına təhvil verilib. R. Usubov cinayətlərin orta hesabla açılmasının 87 faiz təşkil etdiyini vurğulayıb: "Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.