Trampın İraq və Əfqanıstanla bağlı qərarı
17.11.2020
ABŞ Prezidenti Donald Tramp 2021-ci ilin yanvar ayının ortalarına qədər İraq və Əfqanıstandakı amerikalı hərbçilərin sayını azaldacaq.
DM xəbər verir ki, bu barədə Pentaqondan olan adı açıqlanmayan nümayəndə deyib.
Bildirilib ki, Ağ Ev rəhbəri bu ölkədə hərbçilərinin sayının 2 min 500-ə qədər azaldılması barədə qərar verəcək.
Qeyd edək ki, hazırda İraqda təxminən 3 min, Əfqanıstanda isə 4 min 500-ə qədər amerikalı hərbçi var.