Moldovada Maya Sandu qalib gəlib
16.11.2020
Moldovadakı prezident seçkilərində qalib rəsmən məlum olub.
DM xəbər verir ki, protokolların 100%-i hesablandıqdan sonra Mərkəzi Seçki Komissiyası Maya Sandunun qələbəsini elan edib.
O, səslərin 57,75%-ni, rəqibi İqor Dodon isə 42,25%-ni toplayıb.
Xatırladaq ki, 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.