Meksikanın yeni prezidenti MƏLUM OLDU
02.07.2018
Meksikada prezident seçkilərinin qalibi müxalifətin namizədi Lopes Obrador olub.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, solçu qüvvələri təmsil edən namizəd 3-cü cəhddən prezident seçilib.
Andreas Manuel Lopes Obrador "Birlikdə biz tarix edəcəyik” koalisiyasının namizədi olub. Koalisiyaya "Milli Dirçəliş Hərəkarı” (MORENA), Əəmək Partiyası (PT) və Sosial Həmrəylik Partiyası (PES) daxildir.
İlk ehtimallara görə, Obrador 46,7% səs toplayıb. Hakim partiyanın namizədi Xose Antonio Mid 17,8% səslə üçüncü olub.