Erməni hücumu nəticəsində 94 dinc sakin ölüb
16.11.2020
Baş Prokurorluq erməni hücumu nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 27 sentyabrdan etibarən ermənilərin yaşayış məntəqələrini hücuma tutması nəticəsində 94 sakin həlak olub, 414 nəfər yalanıb.
Ümumilikdə 3410 yaşayış evi, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.