İŞİD-ə qarşı sədd çəkildi
01.07.2018
İraq hərbçiləri İŞİD-dən qorunmaq üçün Suriya sərhədinə tikanlı məftillərlə örtülmüş sədd çəkiblər.
"Dövran Media" xəbər verir ki, bu barədə "Şəfəq Nyus” informasiya yayıb.
Məlumata görə, sədd Suriya və İordaniya sərhədlərinin kəsişməsində yerləşən Ənbar bölgəsində çəkilib. Ərazidə patrul nəzarəti təmin olunub.
Divarın tikintisində İraqa ABŞ yardım edib.