15-də istilik verilmədi..
16.11.2020
Noyabrın 15-dən etibarən paytaxt Bakıda qış rejiminin tətbiqi başlayır. Bu səbəbdən də "Azəristilik” Bakıya 15 noyabr tarixindən istilik verilməsini həyata keçirməlidir.
16 noyabr olmasına baxmayaraq, Bakıda binalara istiliyin verilməsi təmin edilməyib. Bu hal xüsusilə Xətai və Yasamal rayonlarında müşahidə olunur.
Qeyd edək ki, 11 noyabrda "Azəristilik” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bütün hazırlıq işlərinin tamamlandığını, evlərə istilik verməyə hazır olduqlarını bildirmişdi.
Onu da xatırladaq ki, evlərə istilik abunə haqqı ilə ödənilir. İstiliyin verilməməsinə baxmayaraq, abunə 15 noyabr-15 aprel tarixləri için alınır.
15 noyabrda 3870 yaşayış binası üçün 559 qazanxananın iki gün "gec işə salınması” qaz istifadəsi baxımından qətiyyən az məbləğ etmir...