Kim Çen uzun fasilədən sonra üzə çıxdı
16.11.2020
Şimali Koreya lideri Kim Çen İn 25 gün ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
KXDR rəhbəri Koreya Əmək Partiyasının Siyasi Bürosunun iclasını keçirib.
Görüş əsnasında Kim Çen İn "anti-epidemiya işlərini” gücləndirməyə çağırıb və ölkənin hərbi hazırlığının yüksəldilməsinin vacibliyini vurğulayıb.