İranda epidemiyaya qarşı yeni məhdudiyyətlər
16.11.2020
İran Prezidenti Ruhani, yeni növ koronavirusun (Kovid-19) səbəb olduğu hadisələr və itkilərin, epidemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığı üçün gələn həftədən etibarən ölkə daxilində yeni məhdudiyyətlərin tətbiq ediləcəyini söylədi.
İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, paytaxt Tehranda Milli Koronavirusla Mübarizə Şurasının toplantısından sonra çıxış edən Həsən Ruhani, epidemiyaya qarşı mübarizə ilə bağlı qiymətləndirmələr etdi.
Ruhai: "1 Azərdən (21 noyabr) tətbiq ediləcək məhdudiyyətlər barədə ümumi qərar verdik. "
Tədbirlərə riayət etmək üçün xalqa çağırışını təkrarlayan Ruhani, məhdudiyyətlərin ölkə daxilində və şəhərlərin vəziyyətinə görə epidemiya bitənə qədər tətbiq ediləcəyini və detalların yaxın günlərdə açıqlanacağını açıqladı.