Liviyada dəhşət
16.11.2020
Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələrdən azad edilən Tərhunə şəhərində kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə Liviya hökuməti məlumat yayıb.
Aidiyyəti qurumların kütləvi məzarlıqda fəaliyyətə başladığı, artıq bəzi şəxslərin cəsədlərinin çıxarıldığı bildirilib.
Qeyd edilib ki, təxminən 10 gün əvvəl burada daha 5 kütləvi məzarlıq tapılıb.