İstanbulda tarixi məscid yanıb
15.11.2020
İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində baş verən yanğın söndürülüb.
DM xəbər verir ki, bu barədə İstanbul Valiliyindən açıqlama verilib.
Bildirilib ki, Türkiyə vaxtı ilə saat 13:30-da başlayan yanğının söndürülməsi işlərinə yanğınsöndürən maşınlarla yanaşı, üç xüsusi təhlükəsizlik qayığı da cəlb olunub. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, Vaniköy məscidi 1665-ci ildə İstanbulun ən qədim bölgələrindən biri olan Üsküdarda Vani Mehmet Əfəndi tərəfindən inşa olunub. Osmanlı padşahlarından olan Sultan İ.Mahmudun dövründə sultanın ziyarətgahı elan edilən məscidin tikintisində xüsusi dizayndan istifadə edilib. Digərlərindən fərqli olaraq bu məscidin tək minarəsi var.