İğdırın erməni quldurlarından azad edilməsinin yüz ili qeyd olunub
15.11.2020
Türkiyənin İğdır şəhərində bölgənin erməni quldur dəstələrindən azad olunmasının yüzüncü ildönümü münasibətilə tədbir keçirilib.
Mərasim Zübeydə xanım prospektindəki Atatürk heykəli önünə əklil qoyulması ilə başlanıb.
Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdırın azadlığa qovuşması ilə bağlı mesajı oxunub.
Sonra İğdır bələdiyyəsi sədrinin müavini Ülkü Demirkol Öcal çıxışında yüz il əvvəl yaşanan acı tarixdən danışıb. Diqqətə çatdırılıb ki, böyük güclər tərəfindən Osmanlı dövlətinə qarşı silahlandırılan erməni quldur dəstələri bölgədə türk-müsəlman əhaliyə qarşı ağlasığmaz cinayətlər törədiblər. Yerli əhali bölgənin düşməndən azad etmək üçün böyük əzmkarlıq göstərib.
Bədii proqramdan sonra mərasim iştirakçıları Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi küçələrində yürüş ediblər.