21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xankəndidə küçələr bomboşdur - FOTOLAR

14.11.2020

"RİA Novosti” Azərbaycanın işğal altında olan Xankəndi şəhərindən fotolar yayıb.

Agentlik öz Teleqram kanalında şəhərin tamamilə boş olduğunu əks etdirən görüntüləri yayımlayıb.

Qeyd olunub ki, Xankəndidə artıq hərbi texnika və erməni əsgərlər hərəkət etmir.

Xatırladaq ki, özünü Xankəndinin "mer”i kimi təqdim edən David Sarkisyan noyabrın 5 -də "Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb, müharibə dönəmində isə bu rəqəm 17 min təşkil edib: "İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”.