21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Azərbaycan alicənablığını göstərdi"

14.11.2020


Azərbaycan Şuşa şəhərini azad edib qələbənin qarşısında dayandı və öz ərazilərinin mərhələli şəkildə qaytarılması üçün sülhməramlıların əraziyə daxil olmasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq alicənabcasına necə apara biləcəyini təsəvvür etmirəm.

Bunu Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 minut” ("60 dəqiqə”) verilişində Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən deyib.

"Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər. Azərbaycanlılar isə 1993-cü ildə Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, "o biri dünya”ya gedirdi.

Tamamilə faciəli vəziyyətdir, bunu unutmaq olmaz. Onu da qeyd etmək lazımdır ki, bu torpaq beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur", - Naumov vurğulayıb.