"Planlaşdırılandan daha çox ərazi qaytarılacaq"
14.11.2020
Ermənistan Azərbaycana danışıqlar prosesində nəzərdə tutulandan daha çox ərazi qaytarmalıdır.
Bunu "Aqos” qəzetinin baş redaktoru Edvard Tandzikyan "Qraparak” qəzetinə müsahibəsi zamanı deyib. O bunun Ermənistan üçün böyük məğlubiyyət olduğunu bildirib.
Tandzikyan Ermənistanın məğlubiyyətində təkcə Paşinyan yox, onun sələflərinin də günahkar olduğunu deyib.