Qara dənizdə yeni axtarış
13.11.2020
Türkiyə Qara dənizdə yerləşən yeni qaz yatağına daha bir qazma gəmisini ("Kanuni") göndərib.
Bu barədə Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, hazırda "Fatih” gəmisinin "Sakarya" qaz yatağında axtarış quyusunun qazmasını davam etdirir.
"Tuna-1" quyusundan sonra "Türkali-1" quyusunun qazılması üzrə işlər davam etdirilir. Dərinlik artıq 2 600 metrə çatdırılıb”, - deyə F. Dönməz qeyd edib.
Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.