10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İTV-nin Qarabağ bürosu açılır

13.11.2020

İctimai Televiziya və Radio Yayımları haqqında Azərbaycan Respublikasının qanunun 6.0.1 (özünün yayım xidmətlərini yaratmaq) və 6.0.4 (ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq) maddəsinə əsaslanaraq, mərkəzi Şuşa şəhərində olmaqla televiziya kanalının Qarabağ bürosunun açılması barədə qərar qəbul edilib.

İctimai Televiziyadan (İTV) bildirilib ki, müharibədən sonrakı vəziyyət imkan verən kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabağ bürosu öz fəaliyyətinə başlayacaqdır.