Uruqvay və Fransa 1/4 FİNALDA
30.06.2018
Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start verilib
"Dövran Media"nın xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.
Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gəlib. Gərgin keçən mübarizə şəraitində Fransa 4:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşıb. Matç Uruqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, 1/4 finalda Fransa Uruqvayla qarşılaşacaq.
DÇ-2018
1/8 final
30 iyun
22:00. Uruqvay – Portuqaliya - 2:1
Qollar: Kavani, 7 (1:0), Pepe, 55 (1:1), Kavani, 62 (2:1)
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, "Fişt Stadionu”
18:00. Fransa – Argentina - 4:3
Qollar: Qrizmann, 13-pen (1:0), di Mariya, 41 (1:1), Merkado, 48 (1:2), Pavar, 57 (2:2), Mbappe, 64 (3:2), 68 (4:2), Aquero, 90+3 (4:3)
Baş hakim: Alirza Fagani (İran)
Kazan, "Kazan Arena”