Peskovdan ermənilərin ittihamına CAVAB
13.11.2020
Dağlıq Qarabağ münaqişəsində guya Ermənistana ciddi dəstək vermədiyinə görə Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır”, - deyə Kremlin sözçüsü Rusiyanın guya Qarabağdakı münaqişənin həllində Ermənistana əhəmiyyətli dəstək vermədiyi və ermənilərin bir hissəsinin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsi ilə bağlı iradlara cavabında vurğulayıb.