Milli Məclisdə şəhidlər anılıb
13.11.2020
"Bu günlərdə Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi günləri yaşayır”.
"DM"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr təəssüflə qeyd edib ki, müharibə itkisiz olmur: "Biz də bu müharibədə itkilər verdik”.
Sonra şəhid olmuş insanların xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.