Uzunmüddətli sülhə ümid edirik
13.11.2020
Rusiya prezidenti Putin Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşması ilə bağlı açıqlama verib.
DM "Hürriyet Haber"ə istinadla xəbər verir ki, Putin Dağlıq Qarabağdakı atəşkəsin uzunmüddətli sülhə səbəb olacağını ümid etdiyini söylədi.
Rusiya Prezidenti Vladimir Putin, Dağlıq Qarabağda atəşkəs elan edilməsini məmnuniyyətlə qarşıladıqlarını və "Ümid edirəm atdığımız bu son addımların Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülhü təmin edəcək" dedi.