21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Komendant saatı nə vaxt ləğv olunacaq?

12.11.2020

İşğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilər uğrunda haqlı savaşımız zəfərlə başa çatdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməklə sülhə məcbur edildi. Artıq ölkəmizdə müharibə havasını qələbə sevinci əvəzləyib. Həyat normal axınınıa dönməyə başlayıb. Bu gün təhlükəsizlik məqsədilə qoyulan internet məhdudiyyəti də aradan qaldırıldı. İndi insanların bir çoxu komendant saatının nə vaxt aradan qaldırılacağını düşünür.

Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu, hərbi vəziyyət rejimi ilə bağlı olan məsələdir:

"Bu gün ikinci gündür ki, əməliyyatlar başa çatıb. Ona görə komendant saatının ləğvi barədə danışmaq hələ tezdir. Çünki hazırda müdafiə sənayesi, mülki sənaye, nəqliyyat, rabitə, texnologiya - bütün resurslar münaqişə zonasına yönləndirilib. Bunun üçün hərbi vəziyyətin qüvvədə saxlanılması lazımdır. Bu ləğv olunduqdan sonra avtomatik olaraq resursların da münaqişə zonasına yönləndirilməsi dayandırılır. Nəticədə həmin ərazilərdə müəyyən çatışmazlıqlar yarana bilər”.

Ekspert "BakuPost”a açıqlamasında deyib ki, hərbi vəziyyətin ləğvi barədə məsələyə dekabrın əvvəlində baxılması mümkündür:

"Yəni ermənilər verilən cədvələ əsasən işğal altında olan ərazilərimizi tərk etdikdən və silahlı şəxsləri oradan çıxarandan sonra hərbi rejimin ləğvinə baxıla bilər. Çünki erməni tərəfi təqdim olunan cədvəli yerinə yetirmədiyi təqdirdə razılaşmanın şərtlərini pozmuş olur. Bu da yenidən hərbi əməliyyatların bərpası deməkdir”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam rayonunu, Qazax rayonunun işğal altında olan kəndlərini 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır.