Ayətullah: "İranın ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır"
30.06.2018
"Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır".
"Dövran Media" xəbər verir ki, bunu Ayətullah Xamenei bu gün İmam Hüseyn adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında deyib.
Ayətullah Xamenei bildirib ki, İran xalqının gücünün ən böyük sübutu ABŞ-ın bütün çalışmalarına baxmayaraq ölkənin inkişafıdır: "Əgər xalq güclü olmasaydı, düşmənin bu çalışmasının onda biri bu sevimli sistemi xalqın əlindən almaq üçün kifayət edərdi.”
ABŞ-ın regionda koalisiyalar yaratmasını İranın güclü olmasının digər bir sübutu olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, əgər ABŞ İslami sistemə qələbə çalmaq gücündə olsaydı, İranda iğtişaş və gərginliklər yaratmaq üçün region ölkələri ilə koalisiya qurmağa ehtiyac duymazdı.
Ayətullah Xamenei bildirb ki, ABŞ-ın İrana və İran xalqının ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır: "Bu gün düşmən digər planlarının uğurundan naümid olduğu üçün sistem və xalq arasında ayrılıq yaratmaq planını işə salıb. İqtisadi təzyiqlər bu məqsədlə artırılıb. Lakin axmaqlıq edirlər, bilmirlər ki, sistem elə İran xalqının özüdür. ABŞ-ın bundan öncəki 6 prezidenti də çalışıdı və şeytancasına məqsədlərinə çatmayıb meydandan uzaqlaşdılar”.
Ayətullah Xamenei bildirib ki, hazırkı iqtisadi təzyiqlərin məqsədi xalqı bezdirmək və yormaqdır: "Lakin ilahi güc və qüvvəyə sığınaraq xalq və sistem arasında bağlar daha da möhkəmlənəcək, düşmənləri məyus edən birlik qorunacaq".