Saxta Ermənistan mifi dağıldı
12.11.2020
Dünən hökumətin 2,5 il ərzində formalaşdırdığı saxta "Ermənistan mifi” dağıldı.
Bu məlumatı "Qraparak” qəzeti yayıb.
"Real Ermənistanın küçələrinə çıxan minlərlə insan Nikol Paşinyanın istefasını tələb etdi. 17 partiyanın təşəbbüskarı olduğu mitinqdən biz öyrəndik ki, aksiyalar baş nazir onların tələblərini icra etməyənə qədər davam edəcək. Tələb birdir – Paşinyan istefaya getməlidir”, – deyə məqalədə yazıb.