Çindən ABŞ-a müraciət
12.11.2020
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Vınbin, ABŞ və Tayvan tərəfindən gələn həftə keçiriləcək iqtisadi dialoq toplantısına qarşı olduqlarını ifadə edərək, ABŞ-ı Tayvanla rəsmi təmasları dayandırmağa çağırdı.
DM Hürriyet Haber`ə istinadən məlumat verir ki, Vang, 20 Noyabr tarixində Pekindəki adi mətbuat konfransında keçiriləcək görüşü analiz etdi.
Vaşinqton rəhbərliyinin Tayvandakı müstəqillik tərəfdarlarına "yalan siqnallar" göndərməkdən çəkinməli olduğunu və Çin-ABŞ münasibətləri ilə Tayvan Boğazının sabitliyinə zərər verməməli olduğunu söyləyən Vang:
"Çin həmişə ABŞ-ın Tayvanla rəsmi təmas qurmasına qarşı çıxdı. Biz ABŞ-ı tək bir Çin prinsipinə əməl etməyə, Tayvanla hər bir rəsmi əlaqəni kəsməyə, Tayvan-ABŞ münasibətlərinin hazırkı vəziyyətini daha yüksək səviyyəyə qaldırmağa son qoymağa, Tayvan məsələsinə diqqətlə baxmağa çağırırıq. . "