Məğlub olan Ermənistan
12.11.2020
İnsanlar küçələrdə 'Xain Paşinyan' deyə bağırırlar
Ermənistanın Azərbaycana qarşı tarixi məğlubiyyətindən sonra hər şey pozuldu!
DM Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən başlayan etirazlar bu gün də davam edərkən xalq Yerevan küçələrinə böyük bir qəzəblə axın etdilər.
Ermənistanın Baş Naziri Nikol Paşinyan qalan hərbi qüvvələrin olmadığını bildirərək Dağlıq Qarabağ müharibəsindən çıxacaqlarını elan etdikdən sonra Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan müqavilə ilə Azərbaycanın əldə etdiyi böyük qazanclar Ermənistanda böyük hadisələrə səbəb oldu.
Paşinyanın açıqlamasından sonra etirazçılar məclisə basaraq Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı linç etməyə çalışdılar. Gün ərzində ölkədəki 17 siyasi partiya birgə bəyanat yayaraq bu gün saat 13: 00-da etiraz toplantısı keçirəcəklərini açıqladı.