21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan atəşkəsi yenə pozarsa

12.11.2020

"İşğal olunmuş torpaqların hamısı azad ediləcək”.

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı təqvimə riayət etməyəcəyi halda hansı addımların atılacağına dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: "Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır. Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq. Həyatın gerçəkləri var. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir”.