Rusiya Azərbaycana 8 helikopter gətirir
12.11.2020
Rusiya Azərbaycanda sülhməramlı missiya çərçivəsində Mi-8 və Mi-24 helikopterlərini yerləşdirəcək.
DM xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, artıq AN-124 "Ruslan” nəqliyyat təyyarəsi İrəvana 8 ədəd Mi-8 və Mi-24 helikopteri çatdırıb.
Bu helikopterlərdən atəşkəsə nəzarət rayonlarında havadan monitorinqin aparılması, eləcə şəxsi heyətin çətin keçilən bölgələrə daşınması üçün istifadə ediləcəyi bildirilib.
Qeyd edək ki, bəyanata əsasən, Azərbaycana gələn Rusiya sülhməramlı kontingenti 1960 nəfər şəxsi heyətə, 90 zirehli transportyora, 380 avtomobil və xüsusi texnikaya sahibdir.