Sabiq baş nazirdən etiraf
12.11.2020
Artıq böyük bir güc deyilik. Bir daha heç vaxt belə olmayacağıq.
DM xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın keçmiş Baş naziri Con Major çıxış edib.
"Hardasa dünya əhalisinin 1 faizindən azı ingilislərdir. Biz artıq ikinci dərəcəli gücük. İngilislər Breksit referendumunda AB-ni tərk etməyə səs verdilər. Bu məsələdə fikirlərimi heç vaxt gizlətməmişəm və dəyişməmişəm. Breksitlə bağlı atılan addım indiyə qədər həyatımda gördüyüm ən pis xarici siyasi qərardır. Breksit yalan təkliflərlə seçicilərimizə təqdim olundu", - sabiq baş nazir qeyd edib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Böyük Britaniya rəsmən Breksit anlaşması çərçivəsində Avropa Birliyini tərk edib.