Azərbaycan niyə qalib gəldi?
12.11.2020
Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini izah edib.
Devran Media Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Teleqram kanalında yazıb.
"Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:
1. Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev.
2. Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.
3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.
4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.
5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.
6. Ordu və xalqın birliyi.
7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8. Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”, - deyə İ.Korotçenko qeyd edib.