Darhan Kıdıralidən İ.Əliyevə TƏBRİK
12.11.2020
Türk Akademiyasının Prezidenti Darhan Kıdırali Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Dağlıq Qarabağ bölgəsində daimi atəşkəs elan edilməsi və bütün hərbi fəaliyyətlərin dayandırılması barədə Birgə Bəyannaməsini alqışlayıb.
Türk Akademiyası Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yaydığı bəyanatında beynəlxalq hüquq normaları və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal olunmuş ərazilərin azad edilməsində tarixi nailiyyətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini ifadə edib.
Darhan Kıdırali bu önəmli dövrdə Cənubi Qafqazda davamlı sülh və rifahın qurulacağına və davamlı olacağına inandığını bildirib.