2020-ci il ölkəmiz üçün hər mənada sınaq ili oldu.
2020-ci il dünyanı ağuşuna alan koronavirus bəlası bütün ölkələrdə olduğu kimi ölkəmizdən də yan keçmədi. Vətəndaşları da dövləti də dövlət strukturlarını, fabrikləri, zavodları bir sözlə bütün sahələri çətin duruma saldı.
Bütün bu çətinliklərə baxmayaraq dövlətimiz bacardıqca vətəndaşlarının yanında olmağa çalışdı. Pandemiya şərtləri altında vətəndaşların sosial problemlərinin həlli, onların sağlamlığının təminatı sözün həqiqi mənasında çox çətin idi. Bu ağır proseslərdən üzü ağ çıxmaq üçün dövlətimiz əlindən gələn hər şeyi etdi və hazırda bu proses də davam edir.
Ən sevindirici hal budur ki, xalqımızın iş adamlarından tutmuş sıravi vətəndaşına qədər hər kəs səfərbər olmağı bacardı. Hər kəs bacardığı qədər maddi mənəvi dövlətimizin, vətəndaşımızın yanında olmağa çalışdı.
Bir neçə ay keçdi pandemiya bəlası yenicə sakitləşmişdi ki, 30 ildir torpaqlarımızı işğalda saxlayan ermənilər torpaqlarımıza qarşı yeni ərazi iddiaları ilə təxribatlara başladılar.
Bütün bunlara dözməyən Ali baş komandan və Azərbaycan xalqı artıq yetər deyib ayağa qalxdı. Tariximizə qızıl hərflərlə yazılacaq xalq dövlət birliyi yarandı. İllərdir işğalda saxlanılan torpaqlarımız qəhrəman ordumuzun başarılı əməliyyatları ilə geri alınmağa başladı. Ön cəbhədə ordu arxa cəbhədə xalq savaşdı.
Vətəndaşından iş adamına qədər hər kəs səfərbər oldu. Elə sözümüz iş adamından düşmüşkən hər biriniz bilirsiz ki, cəbhəyə son bir ayda iş adamlarımız tərəfindən ardı-arası kəsilməyən xeyli dəstək göndərildi.
Bəli onlar bu təşəbbüsləri ilə bu tarixi qələbəyə töhvə vermiş oldular. Bizim də bir media mənsubu olaraq borcumuz onları sizlərə tanıtmaqdır.
Bu gün İş dünyasında bacarığı, çalışqanlığı, xeyir sevərliyi ilə tanınan Mətanət xanımla görüşdük.
Mətanət xanımla söhbətimizi təqdim sizlərə edirik: