Sazişi mənim təklifimlə imzaladı
11.11.2020
Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sazişin imzalanması haqda qərarın qəbul edilməsi son dərəcə vacib idi.
Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Onik Qasparyan "Aykakan Jamanak" qəzetinə müsahibəsində deyib.
O.Qasparyan bildirib ki, Ermənistanın Baş naziri məhz onun təklifilə bu qərarı qəbul edib:
"Biz hər şeyi itirə bilərdik. Bunu birmənalı olaraq qəbul etmək lazımdır. Bütün spekulyasiyalara baxmayaraq, bu qərarın düzgün olduğuna inanıram”.