Tatlıtuğ serialın hər bölümünə 280 min istədi
30.06.2018
Məşhur türk aktyor Kıvanc Tatlıtuğ "Prison Break” serialının türk versiyasına çəkiləcək.
"Dövran Media" türk saytlarına istinadən xəbər verir ki, aktyor serialın məşhur qəhrəmanı olan Michael Scofield obrazını canlandıracaq.
Kıvanc Tatlıtuğ Fox TV-də yayımlanacaq serialın hər bölümü üçün 280 min türk lirəsi tələb edib.
Xatırladaq ki, aktyor Yılmaz Ərdoğanın 13 il fasilədən sonra çəkilişlərini davam etdirdiyi "Organize İşler 2: Sazan Sarmalı” filmində də rol alacak.