Son sutkada ikinci dəfə edilən zəng
11.11.2020
Rusiya və Türkiyə müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında son sutka ərzində ikinci dəfə telefon danışığı baş tutub.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, telefon danışığında əsas müzakirə mövzusu Qarabağ olub. Görüşün detalları açıqlanmayıb.