Artıq Qarabağda yaşaya bilmərik
11.11.2020
Ermənistan məğlub oldu və bu, bütün erməni xalqına təsir etdi. 60 yaşdan yuxarı kişi və qadınlar uşaq kimi ağlayırdı, sözlər onların boğazını qəhərləndirirdi, Qarabağ üzərində nəzarətin itirilməsi onlara öz qəzəblərini bildirməyə imkan vermirdi.
Bu barədə Ermənistanın "Hraparak” qəzeti yazır.
"Səma sanki ermənilərin başına düşdü. Hər şeyimizi itiririk! Hamımıza aydındır ki, biz artıq orada yaşaya bilmərik. Ermənistan matəm içindədir”, - erməni nəşrində qeyd edilib.