Təhsil Nazirliyi əhaliyə müraciət edib
11.11.2020
Nazirlikdən verilən məlumata görə, ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində ("Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb.
Vətəndaşlardan"Qaynar xətt”lə əlaqə yaradarkən işçi sayının az olduğunu nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, nazirliyin rəsmi
[email protected] elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərsiniz.