Zakir Həsənovdan qələbə çıxışı
11.11.2020
Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı. Gördük ki, Azərbaycan xalqı bizi dəstəkləyir, ordusunu sevir, ordusuna dayaq olur.
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində Azərbaycan ordusunun öz torpaqlarını işğalından azad edilməsi münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı deyib.
"Biz gördük ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi”, - Z.Həsənov əlavə edib.