Artıq o Ermənistan yoxdur
11.11.2020
Paşinyan və partiyası anlamalıdır ki, onların 83% səs topladığı Ermənistan artıq yoxdur.
Bu sözləri öz Feysbuk səhifəsində İşıqlı Ermənistan Partiyasının sədri Edmond Marukyan paylaşıb.
"Paşinyanın baş nazir olduğu ölkə Qarabağla birgə 42 min kvadrat kilometr idi. Bu Ermənistan Paşinyanın siyasəti və atdığı imza sayəsində artıq yoxdur. Erməni xalqı məğlubiyyətə dözə bilməz. Məğlub lider getməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın Qarabağla birgə 42 min kv/km olduğunu bildirmək qədər həyasız açıqlama ola bilməz. 1918-ci ildə İrəvanın ermənilərə verilməsindən sonra 9 min kv/km olan Ermənistan sovet hakimiyyətinin təzyiqi ilə Azərbaycan torpaqları hesabına 29 min kv/km-ya qədər qalxıb, indi isə işğal etdikləri əraziləri öz torpaqlarına qatıb hesablayırlar.