Hakimiyyət getməyə hazırdır, həm də...
11.11.2020
İndiki vəziyyətdə daxili sabitlik vacibdir. Əgər cəmiyyət tələb etsə, hakimiyyət getməyə hazırdır.
Bunu Ermənistanın İctimai televiziya kanalında çıxışı zamanı Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan deyib.
"Əgər cəmiyyət hakimiyyətin getməsini istəsə, indiki hökumət gedəcək, həm də əməllərinə görə cavab verəcək”, - o bildirib.