Qondarma Qarabağ mövcudluğunu itirdi
11.11.2020
Paşinyan qeyd-şərtsiz kapitulyasiyaya imza atıb.
Bu sözləri erməniyönlü rusiyalı politoloq Qleb Kuznetsov öz Feysbuk səhifəsində paylaşıb.
"Bu, sülh deyil, kompromis deyil, şərəfli məğlubiyyət deyil, məhz qeyd-şərtsiz kapitulyasiyadır. Düşmən hesab etdiyindən daha çox şey əldə etdi. O, hər şey üçün indulgensiya (cənnət qəbzləri) qazandı.
Şuşanın və ordunun itirilməsi ilə Qarabağ mövcud ola bilməz. Faktiki olaraq beş illik sülhməramlı mandat müddəti ona görə lazımdır ki, bütün erməni əhalisi oranı özü tərk etsin”, - deyə o bildirib.