Azərbaycan neftinin qiyməti bahalaşıb
11.11.2020
Azərbaycan neftinin qiyməti 44 dollara yaxınlaşıb
"Oil Price” portalından əldə edilən məlumata əsasən, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 ABŞ dolları və ya 3,35 faiz artıb.
Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 43,86 ABŞ dolları həcmindədir.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.
Bundan başqa, WTI xam neftinin dekabr fyuçersləri 1,18 faiz artaraq, bir bareli 41,85 dollara çatıb.
"Brent” markalı neftin yanvar fyuçersləri 1,12 faiz artaraq, bir bareli 44,10 dollar təşkil edib.