21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bəyanat Bakıya nə verdi?

10.11.2020

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatla bağlı türkiyəli məşhur hərbi ekspert Abdullah Ağarın müsahibəsi:

– Müharibənin bu formada sonlanması Azərbaycan və Türkiyə üçün nə vəd edir?

– Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizi üzərindən açılacaq yol və ya yollarla bir bağın yaradılması məsələsi gündəmdədir. Burada hər nə qədər yolun Ermənistan ərazisindən keçdiyinə görə idarəsini rus sərhəd qüvvələri təmin etsələr də, sözügedən əlaqənin yaradılması Türkiyə ilə Azərbaycan adına və Türk dünyasına adına son dərəcə önəmlidir. Yəni bununla güclü bir fiziki bağ qurulmuş olacaq. Digər tərəfdən Azərbaycanın burada çoxsaylı təməl qazancları var. Bu, yeddi rayon, Şuşa, üstəgəl 7 kənd və daha öncə qeyd etdiyim kimi Zəngəzur dəhlizinə açılacaq yol və ya yollardır. 45 gün öncə əlimizdə heç nə yox idi. Amma Azərbaycan əsgərinin nümayiş etdirdiyi şanlı mübarizə bu ərazilərin əlimizə gəlməsinə səbəb oldu. Digər bir tərəfdən, Dağlıq Qarabağın statusu ilə bağlı bir sıra spekulyasiyalar mövcuddur. Xeyr, anlaşma mətnində Dağlıq Qarabağın statusu ilə bağlı heç bir bənd yoxdur. Burada gələcəkdə həll ediləcəyinə dair, xüsusilə 5 illik periodlarla bağlı prosesin yenilənməsi məsələləri var. Onun hər 6 ay əvvəlində planlaşdırılan müzakirələr, danışıqlar nəzərdə tutulur. Bununla bağlı müəyyən siyasi mənzərələr olacaq.

– Sizcə, gələcək proseslər hansı istiqamətdə inkişaf edəcək?

– Bu məsələlərin Azərbaycanın xeyrinə dəyişəcəyini düşünürəm. Çünki Azərbaycan güclənən, Ermənistan isə qeyri-sabitliyə yuvarlanan ölkəyə dönür. Yəni hazırda Ermənistan bütünlüklə Rusiyadan asılı hala düşdü. Ermənistan bu saatdan sonra güclü qeyri-sabitliklə üz-üzədir. Digər tərəfdən ordusunun 40 faizinin müharibədə məhv edilməsi də bu qeyri-sabitliyi dərinləşdirəcək.

Bu saziş nəticəsində bölgənin geopolitikası özünəməxsus bir forma alacaq. Bu, "Bir kəmər, bir yol” layihəsi ilə bağlı son dərəcədə önəmlidir. Xüsusilə Zəngəzur dəhlizi ilə açılacaq yol və yollar həm bölgənin sabitliyinə, həm də rifahına xidmət edəcək. Bölgədəki geopolitikanın formalaşdırılmasında Rusiya, Türkiyə, İran, Azərbaycan arasında son dərəcə əhəmiyyətli əlaqələrin yaranması istisna edilmir. Ermənistan da bu mövqedə yer ala bilər. Mən belə bir fundamental gələcək proqnozlaşdırıram.

– Paşinyanın aqibətini necə görürsünüz?

– Düşünürəm ki, sonrakı dövrdə Nikol Paşinyanın işi son dərəcə çətindir. Hətta dünən Rusiyadan bir təyyarə gəlib. Bu təyyarənin Paşinyanı Soçiyə apardığı barədə bəzi iddialar var. Bunlar doğrudursa, Paşinyanın ölkəni tərk etməsi, qaçması ilə bağlı məsələ müzakirə mövzusu ola bilər. Ancaq açığını deyim ki, Paşinyanın işi gələcəkdə son dərəcə mürəkkəb olacaq. Bu özünü çox açıq şəkildə göstərir. Paşinyan artıq böyük bir məyusluq, böyük xəcalət və böyük məhvin altına imza atmış bir baş nazirdir.